Avropa Liqası: "Qarabağ" "Molde"yə qalib gəldi
"Qarabağ"la Norveçin "Molde" klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin tur oyunu başa çatıb.
Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda Almaniyanın "Bayer" klubu öz meydanında İsveç təmsilçisi "Hakken"i 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün "Qarabağ" "Hakken"in, "Bayer" isə "Molde"nin qonağı olacaq.
BAKU.WS
Copyright © Alla rättigheter förbehållna