"Bu yüksək nəticəni əldə etməsində bizə dəstəyini əsirgəməyən bütün dost və azarkeşlərimizə təşəkkür edirik.

İlk olaraq Azərbaycan Kikboksinq Federasiyasının Fəxri prezidenti, Milli Məclis Sədrinin müavini, bizə hər zaman və hər cür dayaq olan cənab Adil Əliyevə, eyni zamanda bizə bu və digər yarışlarda iştirak etməyimiz üçün hər bir şəraiti yaradan Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti cənab Orxan Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.

Bizə qələbə yaraşır".