Azərbaycanın bir güləşçisi Avropa çempionu olub, digəri bürünc medal qazanıb


Azərbaycanın sərbəst güləşçisi Cavidan Əhmədov İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 70 kq-da yer alan idmançı avstriyalı Məhəmməd Bektemirovla qarşılaşıb.

Rəqibinə 10:9 hesabı ilə məğlub edən Əhmədov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

20:20
Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar.