Çempionlar Liqası: "Qarabağ" "Rakuv"a məğlub olaraq, Avropa Liqasına yuvarlanıb
"Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu Polşada 3:2 hesabı ilə məğlub olduğu "Rakuv" klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə "Rakuv" turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.
Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - "Molde" (Norveç) cütünün qalibi olacaq.
Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.
Copyright © Alla rättigheter förbehållna