"Məscidlərdə donuz saxlayan erməniləri görməzdən gələnlərin səsləndirdiyi fikirlər gülünc doğurur" -ŞƏRH

Erməni irsinin dağıdılması yönündə həm Ermənistanın həm də hansısa beynəlxalq qurumların səsləndirdiyi fikirlər gülünc doğurur. Bütün dünya Ermənistanın hansı işlər gördüyünü aydın bilir. Azərbaycana məxsus olan məscidlərdə donuz saxlayan erməniləri görmüyən və ya görməzdən gələnlərin erməni mədəni irsi ilə bağlı yalan fikirlər səsləndirməsi sözün əsl mənasında cəfəngdir.

Bu sözləri BiG.AZ-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib.

"Bu ərazidə olan kilsələrin bəziləri Azərbaycan məxsus olan Alban kilsələridir. Biz onların nə qəbirstanlığını dağıdmışıq nə də hansısa mədəni irsini təhqir edilib. Bundan əlavə orada ermənilərin bəzi öz abidələri var idi ki, özləri məhs o abidələri söküb aparıblar. Bizim işğaldan azad olan ərazilərimizdə olan və dağıdılan mədəni irsimizlə bağlı bütün informasiyalar yayımlanmalıdır. Biz hələ də o sahəyə olduqca diqqət ayırmamışıq. Mən hesab edirəm ki, jurnalistlərin orada fəaliyyət göstərməsinə çox ciddi ehtiyac var. Biz nə qədər ki dağıdılmış mədəni irsimizi olduqca qabartmırıq, onlar da Azərbaycanın üzərinə gələcək Hazırda mədəni irsin dağıdılması ilə bağlı "hücm" edən tərəf Azərbaycan olmaq yerinə Ermənistandır. Azərbaycan tərəfi bütün dağıdılmış mədəni irsi ilə bağlı işlər görməlidir. Bunu təkcə mətbuatda yayımlamaqla deyil eləcə də, bütün beynəlxalq təşkilatlara göndərməldir.